Ölkə futbolu
Qurban Qurbanov: “Araz Abdullayevin bir neçə klubla problemi var”
“Qarabağ”ın düşərgəsində olan Araz Abdullayevl?…
“Qarabağ”ın düşərgəsində olan Araz Abdullayevlə bağlı yeni xəbər var. Formadan düşməmək üçün ağdamlıların məşqlərinə qatılan milli üzvü elə bu klubda qala bilər.
Futbolinfo.az xəbər verir ki, bu haqda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məlumat verib: “Araz Abdullayevin bir neçə klubla problemi, yəni, müqaviləsi var. Onunla bağlı danışıqlar gedir. Klublardan istədiyimiz cavabları alsaq, onunla danışıqlar apara bilərik”.
Qurbanov klub adı çəkməsə də, problemin “Qəbələ” və “Panionios”la olduğu bəllidi. Qəbələlilər yarımmüdafiəçini 70 min avroya yunan klubuna satıb, amma Araz müqavilə bağladığı Ellada təmsilçisinin düşərgəsində qalmayb. Bu səbəbdən onun işi düyünə düşüb.