Ölkə futbolu
Suşiç: “Qarabağ”la ilk matçda yaxşı nəticə qazanmışıq”
“Bizi çox çətin oyun gözləyir. İlk mat&cce…
“Bizi çox çətin oyun gözləyir. İlk matçda yaxşı nəticə qazanmışıq. Növbəti mərhələyə yüksəlmək şansımız var. Sonuncu 90 dəqiqəyə çıxacağıq. Birinci görüşdəki kimi oynamağa çalışacağıq”.
Futbolinfo.az xəbər verir ki, bunu Moldovanın "Şerif” klubunun kapitanı Mateo Suşiç "Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.
27 yaşlı bosniyalı müdafiəçi bildirib ki, ötən illə müqayisədə "Qarabağ”ın heyətində dəyişikliklər olub: "Yeni futbolçular olsa da, komanda əvvəlki futbolu nümayiş etdirir. Düzdür, futbolçuların hələlik bir-birlərinə tam uyğunlaşmadığı, fərdi oyuna üstünlük verdikləri hiss olunur. Öz futbolumuz oynamalıyıq. Fərdi olaraq heç bir futbolçunu qeyd etmək istəməzdim. Bəli, Emeqaranı təhlik etmişik. Amma komandada başqa yaxşı oyunçular var”.
Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə