Dünya futbolu
Türk futbolçu Yaponiya klubunda
Türkiyənin “Konyaspor” klubu ilə müqaviləsini…
Türkiyənin “Konyaspor” klubu ilə müqaviləsini ləvğ edən Eren Albayrak Yaponiya çempionatında oynayacaq.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu Yaponiyanın “Jubilo İvata” klubuna transfer olunub. Yeni klubu ilə 2,5 illik müqavilə imzaladığını söyləyən türkiyəli futbolçu, transferi haqqında da danışıb:
“Əvvəl menecerimlə görüşmüşdülər. Yaponiyada oynamaq variantı məni çox həyəcanlandırdı. Ailəm və təcrübəsinə güvəndiyim insanlarla danışdım. Karyeram üçün faydalı qərar verdik. Yaponiya çempionatında mövsümün ikinci yarısı davam edir, mövsümün sonuna 10 oyun qalıb. Ondan sonra iki ilim də var”.
Eren Albayrak İlham Mansızdan sonra Yaponiya çempionatında oynayacaq ilk türk futbolçudu.
Hazırda Yaponiya çempionatında Andres İnyesta, Fernando Torres, Lukas Podolski kimi futbolçular çıxış edir.
- Ölkə futbolu2024-01-15 13:34
“Qarabağ” milyonluq təklifdən imtina etdi
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması