Dünya futbolu
“Fənərbaxça”dan 4 illik imza
Türkiyənin “Fənərbaxça” klubu heyətini yen…
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Bursaspor”un qapıçısı Harun Təkini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı qolkiper bu gün İstanbula gələrək, tibbi müayinədən keçib. Daha sonra tərəflər 3+1 illik müqaviləyə imza atıblar.
Harun yeni komandasında 35 nömrəli formanı geyinəcək.
“Fənərbaxça” yeni qapıçısı üçün “timsalar”a 2 milyon avro ödəyəcək.