Ölkə futbolu
Sabliç: “Qarabağ” buna layiq idi”
"Şerif"in baş məşqçisi Qoran Sabliç Avropa…
"Şerif"in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"a 0:3 hesabıyla məğlub olduqları oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, Moldova təmsilçisinin çalışdırıcısı media nümayəndələri ilə görüşdə bunları deyib:
– "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün güclü komandaya qarşı oynadıq. Ümid edirdik ki, ən azı heç-heçə ilə növbəti mərhələyə keçərik. "Qarabağ"ın ilk qolundan sonra növbəti qollar da ardıcıl gəldi. Topla yaxşı oynadılar.
– Məğlubiyyətə səbəb "Qarabağ"ın güclü oyun idi, yoxsa "Şerif"in aciz oyunu?
– "Qarabağ"ın möhtəşəm oyununu qeyd etməliyəm. Nəticə oyuna görə idi. "Qarabağ" buna layiq idi. Əsas məsələ səfərdə qol vurmaq idi, lakin bunu bacarmadıq. Hücumlar qurmaqda çətinliklərlə üzləşdik.
– Bu gün "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
– "Qarabağ" kimi komandanı ancaq tərifləyə bilərəm. İnamlı futbol sərgiləyirlər.
– Sirr deyilsə, Qurban Qurbanova oyundan sonra nə dediniz?
– Onu qələbə münasibəti ilə təbrik etdim. (komanda.az)

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi