Ölkə futbolu
“Şerif”in futbolçusunun qolu sındı – Bakıda
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində…
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"ın qonağı olan Moldova təmsilçisi “Şerif”in futbolçusu Aleksandr Boyçukun dirsək nahiyəsindən qolu sınıb.
Futbolinfo.az xəbər verir ki, rəqib futbolçu matçın 22-ci dəqiqəsində Ağdam klubunun müdafiəçisi Donald Gerrye ilə top uğrunda mübarizə nəticəsində ciddi zədə alıb.
O, hava topuna qalxdıqları vaxt Gerryeni dirsəyi ilə vurub və yerə düşərkən, elə həmin qolu dirsəkdən qırılıb. Oyunu davam etdirə bilməyən Boyçuk yerini Əl-Hacı Kamaraya verib. Makedoniyalı baş hakim Aleksandar Stavrev isə moldovalı futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, səfərdəki ilk oyunda 0:1 hesabıyla uduzan "Qarabağ" cavab görüşündə 3:0 hesabıyla qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb.