Bizi izləyin

Ölkə futbolu

Sadıqovdan BATE-yə atmaca: “PSV-dən 6 qol buraxıb Avroliqaya düşməkdənsə…”

Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında …

blank
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Şerif”i 3:0 hesabı ilə darmadağın edən “Qarabağ” qrup mərhələsinə vəsiqə əldə etdi. Matçdan sonra Azərbaycan çempionunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
 
– Bu matça kimi haqqında müxtəlif fikirlər söylənilirdi. Sizin fikrinizcə artıq sakitləşmək vaxtı çatıbmı?
– Bu oyundan öncə hər şey tamam fərqli idi. Həqiqətən də təzyiq var idi. Düşünürəm ki, bugünkü oyun yaxşı alındı. “Qarabağ” bu mövsüm ən yaxşı oyununu sərgilədi. Komanda istər topla, istərsə də topsuz yaxşı çıxış etdi. Yaxşı oyunlarımızdan biri də bu idi. 60-cı dəqiqəyə kimi üstün oynadıq. Vurduğumuz 3-cü qoldan sonra rəqib hücum etməyə başladı. Təbii olaraq biz də daha ehtiyatlı oynamağa başladıq və istədiyimiz nəticəni əldə edə bildik.

 
– Standart vəziyyətlərdə irəliyə gedirdin. Hiss olunurdu ki, qol vurmaq istəyirsən. Qol vuraraq kimlərəsə cavab vermək niyyətin var idi?
 – Bu gün qol vurub və ya vurmamağım zərrə qədər önəmli deyildi. Əsas vacib olan o idi ki, “Qarabağ” qrup mərhələsinə düşsün.

 
– Qara Qarayev jurnalistlərə açıqlamasında oyun gününə kimi az bilet satılmasının futbolçulara pis təsir etdiyini dedi. Bu, bütün komandaya təsir edib? 
– Oyundan öncə belə bir kiçik müzakirəmiz olub. Bu gün tribunada hansısa yerdə boşluqların olduğunu hiss etmədik. Azarkeşlərimiz də bizi çox yaxşı dəstəklədilər. İlk dəqiqədən dəstəyi hiss etdik. Mən və komanda yoldaşlarım üzərimizdə olan təzyiqi atdıq və oyuna köklənib yaxşı nəticə əldə edə bildik. Qələbəmizdə azarkeşlərin rolu böyükdür.

 
– Bəzi azarkeşlər və jurnalistlər belə, karyeranı başa vurmağını istəyir. Necə düşünürsən, onlar bunu niyə istəyirlər?
– Bu elə bir məsələdir ki, bunun ətrafında çox müzakirə aparmaq və danışmaq olar. Bu gün ancaq pozitiv şeylərdən danışmaq istəyirəm. Çox xoşbəxtəm ki, “Qarabağ” 5-ci dəfə avrokubokların qruplarında çıxış edəcək. Bu gün “Qarabağ”ın kapitanıyam. Burada ciddi iş gedir. İş olan yerdə səhvlər olacaq. İldən-ilə dərəcə artır. Rəqiblər bizə qarşı fərqli oynayır. Səhvlər olan yerdə isə tənqid olacaq. Hər bir şeyi normal qarşılayıram. Biz də çalışırıq ki, tənqidlərdən nəticə çıxaraq. BATE ilə oyunlardakı səhvlər yaşla bağlı deyil. Onları 20 və 18 yaşımda da eləmişəm. Həmişə öz oyun üslübum olub. Mənim özləlliklərimdən biri topla oynamaqdır. Bu gün həmin oyun üslübundan kənara çəkilsəm, komanda üçün lazımsız fiqura çeviriləcəm. Bu gün də topla oynadığım epizodlar oldu. Topu itirə də bilərdim. Onu demək istəyirəm ki, həmin səhvlər yaşla bağlı deyil. 36 yaşım var. Dərindən analiz olunsa, bəlkə də bu il avrokuboklarda keçirdiyim oyunlar əvvəlki illərdəkindən daha yaxşı alınıb. Sadəcə, bir az şanssızlıqlar oldu, buraxdığım səhvlər qolla nəticələndi. Həmin qollar da “Qarabağ”ın taleyinə təsir etdi. Mən hamının fikrini anlayışla qarşılayıram. İlk növbədə özümü qınayırdım. Düşünürdüm ki, ötürməni başqa yerə versəm olmazdımı? Olan olmuşdu. Bu gün isə qələbə qazanmaq bizim üçün çox vacib idi. PSV-dən 6 qol buraxıb Avropa Liqasına düşməkdənsə, möhtəşəm qələbə qazanıb qrupda oynamaq mənim üçün daha xoşdu. Avropa Liqasının qrupuna müsbət ab-hava ilə giririk. BATE PSV ilə ilk oyundakı məğlubiyyətdən sonra səfərdə məyus idi. 
 
– Avropa Liqasının qrupu azarkeşlər və jurnalistlər üçün adiləşib. Bundan sonra hədəf nədir? 
– Bizim əsas problemimiz odur ki, hər şey ildən-ilə adiləşir. Dərəcə də qalxıb. Rəqiblər də fərqli oyun sərgiləyirlər. "Şerif” ötən mövsüm qrup mərhələsində xallar toplayıb. Biz onu analiz etmirik. Deyirik ki, bu komandanı mütləq keçməliyik. Rəqibləri düzgün analiz etmək lazmdır. BATE son illər daimi olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edən komandadır. Rəqibləri qiymətləndirmirik. Qrup mərhələsində də çalışacağıq və əlimizdən gələni edək. İndidən nəsə demək çox çətindir. 
 
– Komanda bu dəfə də “Çelsi” ilə qarşılaşsa, hamı deyəcək ki, bu dəfə məğlub etmək lazımdır? 
– Hər şey adiləşməsin. Bu gün Azərbaycan klubunun Avropa Liqasının qrupuna düşməsi uğurdur. Hamı istəyir ki, Çempionlar Liqasında oynayaq, hamı istəyir ki, qrupdan da çıxaq. 
 
– Belə söz-söhbətlər var ki, Rəşad Sadıqovun BATE ilə oyundakı səhvləri olmasaydı, o artıq Azərbaycan milli komandasına qayıda bilərdi. 
– Mənim milliyə qayıtmamağım bu səhvlərlə bağlı bir şey deyil. Qurban müəllimlə aramızda söhbət də olub. Ruslan Abışov zədələnəndən sonra da danışdıq. Millidə mərkəz müdafiəçisi var. Mən sözümün arxasındayam. 
 
– Mərkəz müdafiəçiləri o problemi aradan qaldıra biləcəkmi? 
– Düşünürəm ki, alınar. Azarkeşlər də dəstək olacaq. Bir də problem ondadır ki, 3 gündə 2 oyun olacaq. 3 gündə iki oyuna çıxmaq çətin olacaq. 
 
– “Qarabağ” “Şerif” səddini keçə bilməsə karyeranı başa vurmaq barədə düşünürdün? 
– Oyundan öncə çox şey fikirləşmirdim. Çalışırdım ki, az düşünüm. Çünki oyuna köklənmişdim. Mənim işim meydanda oynamaqdır. “Qarabağ”ın kapitanıyam. Kiminsə fikirlərinə də reaksiya vermirəm. Belə şeylər fikirləşməyə vaxtım yoxdur. 
 
– Qrup mərhələsində BATE ilə yenidən qarşlaşmaq istərdin? 
– Xeyr. BATE bizim üçün narahat rəqibdir. İki oyunda da onlara qarşı yaxşı oynadıq. Evdəki oyunda ilk 20 dəqiqəni pis başladıq. Hər iki oyunda onlardan üstün idik. Sadəcə, bizim üçün narahat rəqibdir. Biz topla oynamağı sevən komandayıq. Hücuma komanda şəklində çıxırıq. Bizi əks-hücumda yaxalamaq asandır. BATE-nin isə ən güclü tərəfi əks-hücumlarda oynamaqdır. Şəxsən onlarla qarşılaşmaq istəmərəm. 
 
– Türkiyənin “Fənərbaxça” və “Beşiktaş” klubarı ilə oynamaq istərdiniz? Həmin klubların Azərbaycanda böyük azarkeş kütləsi var. 
– Kim düşürsə düşsün. Mən Qurban müəllimi təbrik etmək istəyirəm. Rəqib oyundan öncə çox danışırdı ki, analiz etmişik. Birinci matçda bizi yaxşı analiz etmişdilər. Çox şey alınmırdı. Qurban müəllim bizim oyunumuzu dəyişdi. Böyük riskə getdi. Bu dəyişikliklər uğurlu alındı. Komandanın futbolçusu kimi onu ürəkdən təbrik edirəm. 
 
– Bu dəyişiklikləri qrup mərhələsində edib rəqibləri təəccübləndirmək olarmı?
– Oyun rəqibə görə dəyişir. Rəqib də deyir ki, çox şeylərini bilirik. Qurban müəllim elə məhz ona görə dəyişikləri reallaşdırdı. 
 
– Bu il Avropa Liqasını daha çətin adlandırmaq olar? Böyük klublar da turnirdə iştirak edəcək. 
– Çətinlik həmişə olur. “Slovan”la eyni qrupa düşəndə hamı qələbə qazanacağımızı gözləyirdi. Hətta mərhələ adlamaq üçün rəqib üzərində qalib gəlmək lazım idi. Amma biz “Slovan”ı məğlub etməyi bacarmadıq. 
 
– “Yanq Boyz” və “Göteborq”u da bu hesabla məğlub etmisiz. Amma “Qarabağ”ı bu qədər sevincli görməmişdik. Bu nə ilə bağlı idi? 
– Qurban müəllim elə məhz bu oyunların videolarını bizə göstərmişdi. Qismətdən elə oldu ki, yenə 3:0 hesabı ilə udduq. Qurban müəllim həmin oyunlarda da problemlərimizin olduğunu dedi. Çox istəkli çıxmışdıq. “Neftçi” ilə oyundan da görünürdü ki, “Şerif”lə mübarizə aparacağıq və təslim olmamışıq. (Sport24)
Reklam

Reklam


blank
Digər idman növləri2024-01-24 13:31

Yığmamızın qran-priyə gedəcək heyəti açıqlandı

blank
Ölkə futbolu2024-01-24 13:17

Vurduğu qol Seyidovu həvəsləndirib

blank
Digər idman növləri2024-01-24 13:00

AVF prezidenti bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb

blank
Dünya futbolu2024-01-24 12:46

“Liverpul”un zədəli futbolçusu sıraya döndü

blank
Dünya futbolu2024-01-24 12:32

“Mançester Yunayed” daha bir futbolçusunu icarəyə göndərdi

blank
Dünya futbolu2024-01-24 12:17

Rafa Mir Turinə köçür

blank
Dünya futbolu2024-01-24 12:02

Baş tutmayan transferlər: Prosineçkinin uzun çənəsi, Kipianinin ayağının sındırılması…

blank
Dünya futbolu2024-01-24 11:47

Millinin baş məşqçisi istefaya göndərildi

blank
Ölkə futbolu2024-01-24 11:31

“Zirə” və “Birbaşa Bakı” 7 cavabsız qolla qalib gəldilər

blank
Dünya futbolu2024-01-24 11:12

Deşam Makronun arvadına cavab verdi

blank
Digər idman növləri2024-01-24 10:55

Los-Anceles derbisində “Klippers” qalib oldu

blank
Digər idman növləri2024-01-24 10:38

“Anadolu Efes” – “Makkabi” oyununun yeri dəyişdirilir

blank
Digər idman növləri2024-01-24 10:19

“Dream team”in bəzi adları açıqlandı

blank
Ölkə futbolu2024-01-24 10:01

Mövsümün ən kasad turu

blank
Müsahibə2024-01-24 09:48

Diniyev avrokuboka vəsiqə istəyir: “Yəqin hansısa nüans var ki, penalti təyin edilməyib”

blank
Dünya futbolu2024-01-24 09:14

“Qarabağ”ın rəqibi finalda

blank
Digər idman növləri2024-01-24 08:49

Azərbaycan klubu amerikalı voleybolçu ilə müqavilə bağladı

blank
Ölkə futbolu2024-01-24 08:32

Bolqar hücumçu Azərbaycanı tərk edir

blank
Digər idman növləri2024-01-24 08:15

Qazyumov hazırlıqdan razıdır: “Güləşçilərimizdən yüksək nəticələr tələb olunur”

blank
Ölkə futbolu2024-01-24 08:00

Yiyəsiz görünən “Qəbələ”nin kötəklənməsi

blank
Dünya futbolu2024-01-24 02:52

“Real Sosyedad” yarımfinalda

blank
Dünya futbolu2024-01-24 02:39

“Çelsi” finala darmadağınla yüksəldi

blank
Dünya futbolu2024-01-24 01:07

“Dinamo” Mahirsiz darmadağına üzüldü

blank
Dünya futbolu2024-01-24 00:55

Tanınmış futbolçu ilk peşəkar klubuna qayıtdı

blank
Premyer-liqa2024-01-24 00:19

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-23 23:56

Şahruddinin komandası “Beşiktaş”dan xal aldı

blank
Əvəzedicilər2024-01-23 23:29

“Səbail”in əvəzedicilərindən darmadağın

blank
Digər idman növləri2024-01-23 23:02

“Murov Az Terminal” “Gəncə” üzərində qələbə ilə zirvəyə yüksəldi

blank
Dünya futbolu2024-01-23 22:19

Dadaşovlu “Hatayspor” evdə xal itirdi

blank
Premyer-liqa2024-01-23 22:07

“Daha dinamik oyunçu görmək istəyirik” – Qurban Qurbanov

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm