Ölkə futbolu
“Qarabağ”ın qələbəsi Azərbaycanı tərpətmədi
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları Azərbayca…
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.
Futbolinfo.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.
Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu doğma meydanda Moldova “Şerif”ini darmadağın etdi – 3:0. Bununla komandamız ölkəmizin hesabına əlavə 0.250 xal yazdırdı. Lakin bu, Azərbaycanın irəliləməsi üçün yetərli olmayıb.
Hazırda UEFA reytinqində 55 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 18.500 reytinq xalı var. Onun 1.875 (1.125 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.
Azərbaycandan 1 pillə öndə olan İsrailin 18.625 xalı var. Ölkəmizin əsas izləyicisi Qazaxıstan isə 17.750 xala malikdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq