Ölkə futbolu
“Neftçi” məşq edib, 5 günlük istirahətə çıxdı
“Neftçi” bu gün səhər növbəti məşqə…
“Neftçi” bu gün səhər növbəti məşqə çıxıb.
Futbolinfo.az xəbər verir ki, klubun bazasında baş tutan məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər.
Hazırlıq prosesindən sonra komanda üzvləri istirahətə buraxılıb. Məşqlər sentyabrın 5-də bərpa olunacaq.
Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün 4-cü tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.