Dünya futbolu
Avroliqada ötən mövsümün ən yaxşı futbolçusu bəlli oldu
Avropa Liqasında 2017/18 mövsümünün ən yaxşı f…
Avropa Liqasında 2017/18 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, ötən mövsüm bu turnirin qalibi olmuş Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann səsvermə nəticəsində ən yaxşı futbolçu seçilib. O, bu gün Avropa Liqasının yeni mövsümünün qrup mərhələsinin püşkatma mərasimində mükafatlandırılıb.
Fransalı hücumçu komanda yoldaşı Dieqo Qodin və Marsel “Olimpik"inin yarımmüdafiəçisi Dmitri Payeti qabaqlayıb.
Xatırladaq ki, İspaniya klubu Avroliqanın son finalında Marsel “Olimpik”inə 3:0 hesabıyla qalib gəlmiş, Qrizmann isə həlledici oyunda dubla imza atmışdı. Fransa yığmasının hücumçusu ötən mövsüm bu turnirdə keçirdiyi 8 oyunda 6 qola imza atıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq