Ölkə futbolu
“Qəbələ” 8 əskiklə hazırlaşır
Topaz Premyer Liqasının 3-cü turundan sonra istirahətə burax?…
Topaz Premyer Liqasının 3-cü turundan sonra istirahətə buraxılan "Qəbələ" məşqləri bərpa edib.
Futbolinfo.az xəbər verir ki, "Sumqayıt"la görüşün ardından məşqlərinə 4 günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda bir araya gəlib.
Hazırlığı paytaxtda gerçəkləşdirən Sənan Qurbanovun yetirmələri "Bakı" FK-nın bazasında məşq edib. Komanda avqustun 30-da keçirilən hazırlıq prosesində fiziki çalışmalar və toplu məşqlə kifayətlənib. Bugünkü məşq isə toplu hərəkətlərdən ibarət olub. Milli komandaların heyətinə dəvət olunan futbolçuların qatılmadığı hazırlığa klubun U-19 komandasının bir neçə üzvü də qatılıb.
Xatırladaq ki, Cavid Hüseynov, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev Azərbaycanın əsas, Amin Seydiyev, Bəhlul Mustafazadə U-21 milli komandasına, Sabien Lilay Albaniya, Lalavele Atakora Toqo yığmasına çağırılıb.

- Ölkə futbolu2023-12-06 10:19
“Araz-Naxçıvan” iki futbolçunu qovacaq
- Müsahibə2023-12-06 08:00
Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”
- Ölkə futbolu2023-12-06 20:00
Fatma Elxan Məmmədov üçün minnətə gəlir – çempionat oyununu da izləyəcək
- Ölkə futbolu2023-12-07 08:55
“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə