Ölkə kuboku
Azərbaycan Kuboku: 1/8 finalda qarşılaşacaq cütlüklər
Ötən gün futbol üzrə Azərbaycan kubokunun 1/16 final…
Ötən gün futbol üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, bu mərhələnin son oyununda “Araz Naxçıvan” doğma meydanda “Ağsu” klubu ilə qarşılaşdı.
Əsas vaxtı qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın taleyini ev sahibi komandanın oyunçusu Elmin Çobanovun 107-ci dəqiqədə vurduğu yeganə qol həll etdi. Nəticədə, “Araz Naxçıvan” 1/8 final mərhələsində Zaqatalanın “Simurq” klubu ilə qarşılaşmaq hüququ qazandı.
Qeyd edək ki, bütövlükdə 1/8 final mərhələsində aşağıdakı cütlüklər qarşılaşacaqlar:
5. “İnter” – “Şuşa”
6. “Neftçi” – “Kəpəz”
7. “Qaradağ Lökbatan” – “Rəvan”
8. “Bakı” – “Sumqayıt”
9. “Mil-Muğan” – “Qəbələ”
10. “Qarabağ” – AZAL
11. “Araz Naxçıvan” – “Simurq”
12. “Xəzər Lənkəran” – “Neftçala”
1/8 final mərhələsinin oyunları dekabr ayının 4-də keçiriləcək.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə