Ölkə futbolu
“Keşlə” indi ayılıb: Mavritaniyadan gələn var
Yay transfer pəncərəsi dövründə yatan “Keşlə&rdq…
Yay transfer pəncərəsi dövründə yatan “Keşlə” indi ayılıb. Sentyabr boyunca heyəti yenidn qirmağın planlarını cızan bakılılar məli addımlar atır.
Adrian Skarlatake və Miloş Bosançiçi çempionat başladıqdan sonra heyətdən uzaqlaşdıran “Keşlə” ardıcıl legionerlər transfer edir. Edvinas Girdvanis, Nikola Mitroviç və Georgios Georgiadisin ardınca paytaxt klubu daha bir keçidi açıqlayıb.
Boşda qalan, klubsuz olan oyunçuların axtarışında olan paytaxt təmsilçisi indi də Mavritaniya yığmasının üzvü Diallo Quydileye ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. 28 yaşlı dayaq yarımmüdafiəçi "Keşlə”yə azad agent statusu kimi keçib. Diallonun son klubu Türkiyənin "Gənclərbirliyi” klubu olub.
Qeyd edək ki, Quydileye karyerası ərzində Fransanın "Nansi”, "Şatoru”, "Trua” və "Brest”, eləcə də Kiprin AEL komandalarında oynayıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi