Premyer-liqa
“Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır
“Neftçi” Topaz Premyer Liqasının 10-cu turunda qa…
“Neftçi” Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Keşlə” ilə oyunun hazırlığına start verib.
Futbolinfo.az xəbər verir ki, "Qarabağ” ilə qarşılaşmadan (3:1) sonra birgünlük fasiləyə buraxılan komanda bu gün doğma bazasında məşqə çıxıb.
Məşqdə zədəlilər – Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, "ASK Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu noyabrın 3-ü saat 17:00-da başlanacaq.