Ölkə futbolu
Qızlar liqasında biabırçılıq
AFFA-nın təşkilatçılığı ilə keçirilən uşaq liq…
AFFA-nın təşkilatçılığı ilə keçirilən uşaq liqalarında texniki məğlubiyyətlər sıralanır. Kiçik yaşlılara qadın komandaları da qoşulub. Əksəriyyəti də eyni səbəblə…
Ötən həftə U-10 Liqasının UGİM (Yevlax) –UGİM (Ağdaş) matçında qonaqların heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Çərəkə” (Göyçay) – “Kürdəmir Gİİ” qarşılaşması isə kürdəmirlilərin gəlməməsi üzündən baş tutmayıb.
Maraqlıdı ki, hər iki məğlub AGİN-in yarışa buraxdığı komandalardı. Deməli, nazirliklə AFFA arasında əməkdaşlığın qurulmaması, qarşılıqlı anlaşmanın olmaması barədə yazdıqlarımız özünü büruzə verir. Assosiasiya kimi, nazirlik də dövlət büdcəsini sormaqla məşğuldu, gördükləri iş isə bundan ibarətdi. Formal komandalar, saxta işlər, yalançı ketləvilik, sağlam həyat vədləri…
Yenə eyni sual ortaya çıxır: AFFA, bu komandaları çempionata buraxarkən hara baxırdız; onlardan təminat məktubu almısızmı; hazır, bəlkə də mövcud olmayan komandaların bu liqalarda nə işi var? Və ən nəhayət, 140 minlik futbol ailəsinin üzvləri hardadı? Ağdaş-dan, Kürdəmirdən o siyahıda neçə nəfər var?
U-13 qızlar liqasında da ötən həftə biabırçılıq yaşanıb. Təsəvvür edin, bir liqanın 14 matçından 3-ü eyni səbəbdən – yaş limiti pozulduğu üçün texniki nəticə ilə nəticələnib. “Fidan” (Bakı) – “Keşlə” FK (Bakı) matçında meydan sahibləri, UGİM (Qax) – “Zaqatala” FK və UGİM (İsmayıllı) – “Xan Lənkəran” FK matçlarında isə qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
Sözün bitdiyi andı. Mövsüm təzə başlayıb və gülünc səbəblərdən texniki məğlubiyyətlərin sayı 15-ə çatıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq