Ölkə futbolu
“Qarabağ”ın tarixi uğurundan 1 il ötür – VİDEO
Bu gün Azərbaycan çempionu “Qarabağ”ın UEFA…
Bu gün Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubu ilə səfərdə heç-heçə etdiyi oyundan 1 il ötür.
Futbolinfo.az xəbər verir ki, ötən ilin bu günü – 31 oktyabrda Ağdam klubu çətin Madrid səfərində Avropa nəhəngi ilə 1:1 bərabərə qalaraq, Azərbaycan futbolunda yeni tarix yazmışdı. Bakıdakı qolsuz bərabərlikdən sonra səfərdə Miçelin başla vurduğu qol təmsilçimizə qrup mərhələsində 2-ci xalı qazandırmışdı. Məhz "Qarabağ"la oyunlardakı xal itkilərinə görə "Atletiko" qitənin ən nüfuzlu turnirində pley-offa adlaya bilməmişdi.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk yerli klubdu.
Əlavə edək ki, bu uğurla bağlı “Qarabağ” bu gün rəsmi Feysbuk səhifəsində videoçarx paylaşıb. Videoçarxda kapitan Rəşad Sadıqovun oyun günü səhər Madrid küçəsindəki məşqi zamanı dediyi sözlər də yer alıb. Videoda Rəşad “Atletiko” ilə görüşdə uğur qazanaraq Qarabağın Azərbaycana məxsus olduğunu növbəti dəfə sübut edəcəklərini deyir. Həmin günün axşamı isə Ağdam klubu Madriddə sensasiyaya imza ataraq bir xal qazanır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…