Ölkə futbolu
“Yuventus”un futbolçusu milli karyerasını bitirəcəyi vaxtı açıqladı
Fransa yığmasının və “Yuventus”un futbolçusu B…
Fransa yığmasının və “Yuventus”un futbolçusu Blez Matuidi milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, fransız futbolçu AÇ-2020-dən sonra yığma karyerasını bitirəcəyini deyib:
“Dünya çempionatından sonra gedə bilərdim. Ancaq hələ də yeni titullar qazanacağıma inanıram. 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etmək istəyirəm. Daha sonra isə milli karyeramı bitirəcəm”.
31 yaşlı futbolçu Fransa millisinin heyətində DÇ-2018-in qızıl medalçısı olub.
Matuidi Fransa yığmasında 2010-cu ildə debüt edib. O, milli formayla 75 oyuna çıxıb və 9 qol vurub.