Premyer-liqa
“Simurq” bu gün “Bakı”nın bazasında məşq edəcək
Topaz Premyer Liqasının 12-ci turunda "Simurq" səfərdə …
Topaz Premyer Liqasının 12-ci turunda "Simurq" səfərdə "Bakı" ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisi bu oyuna hazırlığını davam etdirir.
Bu barədə saytımıza açıqlamasında klubun mətbuat katibi Rüstəm Allahverdiyev məlumat verib:
“Hazırlıq yaxşı gedir. Bu gün qarşılaşmanın oynanılacağı meydanda məşqə çıxacağıq. Zədəli futbolçuların əvəzinə kimin meydana çıxacağını deyə bilmərəm. Çünki bu taktiki məsələdi. İnanırıq ki, baş məşqçimiz "Bakı" qarşısına ən optimal heyəti çıxaracaq və ilk dövrədəki məğlubiyyətin əvəzini çıxacağıq”.