Bizi izləyin

Ölkə futbolu

6 xallıq oyuna 80 SAAT qalarkən

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı…

blank
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlayır. Elə ilk turdaca çempionluq uğrunda mübarizə aparan 2 komandanın dueli var.
 
96-cı Azərbaycan derbisində üz-üzə gələcək "Qarabağ"la "Neftçi" üçün bazar günü oynanılacaq matç çox önəmlidi. Ağdamlılar titulunu qorumaq üçün rəqibin xal fərqini açmasına imkan verməməyə çalışacaqsa, qonaqlara zirvədə qalmaq üçün heç-heçə də bəs edir. 6 xallıq oyun kimi dəyərləndirilməsi mümkün olan bu matç həm də psixoloji döyüş olacaq. Fasilədən sonra verilən startın nəticəsi növbəti matçların nəticələrinə də təsir edə bilər.
 
Əvvəllər “Neftçi”nin evi olmuş Tofiq Bəhramov adına Respublika stadionu indi “Qarabağ”ın məkanı sayılır. Ağdamlılar da buranı ehtiyat meydan kimi sifariş edib, amma “Azərsun Arena”dakı problemləri yoluna qoya bilmədiklərindən xeyli vaxtdı rəqiblərini burada qəbul edirlər.
 
Qış hazırlığından sonrakı ilk oyuna proqnoz vermək çətindi. Komandaların necə toplanış keçdiyi, necə gücləndiyi heç bu oyunda da bilinməyəcək. Fevralın 3-dəki oyun daha çox emosiya matçı olacaq. Daha az səhv edən, daha səbrli olan, eyni zamanda qələbəni daha çox istəyən qazanacaq.
 
“Neftçi”nin heyəti daha çox dəyişib. Mamadu Mbodjun gəlişi ilə Səlahət Ağayevin önündə oynayan müdafiə blokunda yerdəyişmə var, Kiril Petrov ofsayda düşüb. Yəqin ki, o, Anton Krivotsyukla tandem təşkil edəcək, cinahlar Məhəmməd Mirzəbəyov və Tural Axundova tapşırılacaq. Yarımmüdafiədə Emin Mahmudovla Sonu Mustivar dayaq bölgəni betonlamalı, Vangelis Plattelas yaradıcı oynamalıdı. Hələlik yunan sirli qutudu və oyunun nəticəsini onun fərdi bacarığı həll edə bilər. Baqali Dabo, Namiq Ələsgərov cinahlarda, Mirabdulla Abbasov hücumun sivri ucunda onunla kombinasiyanı ideal qursa, bakılıların da şansı az deyil.
 
Təbii ki, Roberto Bordin Dario Federikonun zamansız gedişinin əziyyətini çəkəcək. Oyunu əks-hücumda quracağı şübhə doğurmayan italiyalıya sürətli, driblinq etməyi bacaran cinah oyunçuları lazımdı. Namiqin braziliyalını nə dərəcədə əvəz etdiyini bazar günü görəcəyik. “Neftçi” adəti üzrə fasiləyə kimi qol vursa, işi daha da asanlaşdıracaq. Amma müdafiə baxımından komandanın inamlı olmaması hücuma lazımi dəstək verilməsini, yarımmüdafiəylə bütünləşməni əngəlləyəcək. Son yoxlama oyunundakı 4:0 hesablı qələbə bakılıları aldatmasın – komanda oyunu baxımından “Neftçi”də çox qüsurlar var, topla oynama faizi xeyli aşağıdı. “Qarabağ”la matçda isə bu üslub intihara bərabərdi.
 
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov da “Şaxtyor”la son matçda məhz “Neftçi” ilə görüşün planlarını cızdı. Onun legionerlərin xidmətindən daha səmərəli istifadə etmək üçün qapıda Şahruddin Məhəmmədəliyevə güvənəcəyi gözlənilir. Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev və Donald Geryedən ibarət müdafiə xətti ən ideal seçimdi. Düzdü, mərkəzdə hansısa lənglik ola bilər, amma cinahların fəallığı xüsusilə vacibdi. Eyni zamanda güclü cinah hücumçularına malik “Neftçi”ni zərərsizləşdirmək üçün Maksimlə Gerye önə çox çıxmağa da risk etməyəcək.
 
Əsas döyüş meydanın mərkəzində gedəcək. “Qarabağ”a dönən Riçard Almeyda ideal formada olmasa da, start heyətdə görünməlidi. Onun Qara Qarayevlə tandemi matçın müqəddəratını həll edə bilər. Hücumda Mahir Mədətovun oynaması həm də limitin tələbidi. Abdullah Zubir, Araz Abdullayev, Filip Ozobiç, Dani Kintana “dördlüy”ündən üçü meydanda olacaq və hansıların seçilməsi son məşqdəki durumlarından asılı olacaq. Bununla belə, adlar önəmsizdi, kim oynasa, cinahlarda fəallıq, rəqibin daim təzyiq altında olması şərtdi. “Qarabağ” topa daha çox sahib olmaqla aşkar üstünlük qazanmağa çalışacaq. Ehtiyatda isə daim oyunu dəyişə biləcək xeyli ad var. Zədəsini sağaldan Miçel Madeyra, İnnosent Emeqara və başqaları.
 
Nəticəni bir qol da müəyyənləşdirə bilər. Taktiki döyüşdə qalib olan 3 xalı aktivinə yazmalıdı. Amma “Qarabağ” əsl gücünü ortaya qoya bilsə, heyət baxımından zəif rəqibi darmadağın etməsi də mümkündü.
 
“Neftçi” ilk 2 dövrədə bu rəqibdən 4 xal alıb. Ona görə bakılıların bəzən müdafiə olunaraq da istəyinə çatdığını unutmamalıyıq. Həmişə favoritlər qalib gəlmir və bəxt amili də böyük əhəmiyyət kəsb edəcək. Bundan başqa, “Qarabağ”ın fasilədən sonra yarışa istənilən səviyyədə başlaya bilməməsi təcrübəsi də var.
 
Proqnoz verilməsi çətin, çempionluq yarışına ciddi təsir edəcək oyundu. Qoy, güclü qalib gəlsin.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-03-25 00:21

Azərbaycan gimnastları Portuqaliyada 2-ci oldular

blank
Digər idman növləri2024-03-24 23:16

Gürcüstanda daha 2 medal

blank
Digər idman növləri2024-03-24 22:43

Azərbaycan cüdoçularından Türingiya kubokunda 3 medal

blank
Ölkə futbolu2024-03-24 21:45

“Füzuli” və “Şəfa”dan darmadağın

blank
Milli komanda2024-03-24 20:04

“Azərbaycan millisi ciddi rəqibdir” – Despodov

blank
Milli komanda2024-03-24 19:15

“Azərbaycan millisinin güclü tərəflərini yaxşı bilirik”

blank
Milli komanda2024-03-24 18:20

“Sabahkı oyunda məndən qol gözləyin” – Emin Mahmudov

blank
Milli komanda2024-03-24 18:07

“Bolqarıstana da qalib gəlməyə çalışacağıq” – Arif Əsədov

blank
Ölkə futbolu2024-03-24 17:57

“Zirə”də yeni futbolçu

blank
Dünya futbolu2024-03-24 17:05

Tarixin ən yaxşı 10 braziliyalı futbolçusu açıqlandı

blank
Digər idman növləri2024-03-24 16:19

“Böyük İpək Yolu”nun açılış mərasimi keçirildi

blank
Dünya futbolu2024-03-24 15:25

Keçmiş futbolçu villasını hərraca çıxarıb – Borca görə

blank
Dünya futbolu2024-03-24 14:31

“Klinsmann da bu mərhələdən keçib”

blank
Digər idman növləri2024-03-24 13:56

Azərbaycan yığması Gürcüstanda daha iki qələbə qazandı

blank
Digər idman növləri2024-03-24 13:00

Azərbaycan yığması AÇ-yə Türkiyədə hazırlaşacaq

blank
Digər idman növləri2024-03-24 12:30

Azərbaycan gimnastları dünya kubokunda finala yüksəldilər

blank
Müsahibə2024-03-24 11:32

Fərid yığmadan dəvət gözləmir: “Matçdan sonra bir yerdə olacağıq”

blank
Dünya futbolu2024-03-24 11:10

Keyn yığmadan ayrıldı

blank
Digər idman növləri2024-03-24 10:45

Ferstappen yarışdan çıxdı, Sayns qalib oldu

blank
Dünya futbolu2024-03-24 10:20

Sonuncu vəsiqə Kosta-Rikaya qismət oldu

blank
Dünya futbolu2024-03-24 10:00

Dadaşovlu “Dinamo”dan çətin qələbə

blank
Digər idman növləri2024-03-24 09:00

Azərbaycanın daha bir atıcısı Almaniyada çempion oldu

blank
Əvəzedicilər2024-03-23 23:33

Əvəzedicilərin yarışında 2 turun oyun cədvəli açıqlandı

blank
Ölkə futbolu2024-03-23 23:01

Lider Şəmkirdə xal itirdi

blank
Digər idman növləri2024-03-23 22:30

Azərbaycan atıcısı Almaniyada çempion oldu

blank
Digər idman növləri2024-03-23 21:00

Azərbaycan millləri Türkiyədə parlaq qələbələr qazanıb

blank
Ölkə futbolu2024-03-23 20:00

“Qəbələ”dən “Sabah”a 2 cavabsız qol

blank
Digər idman növləri2024-03-23 19:30

“Azarkeşləri milli üzvlərinə öz doğmaları kimi azarkeşlik etməyə çağırıram”

blank
Digər idman növləri2024-03-23 19:00

Bakıda 11 ölkənin iştirakı ilə beynəlxalq turnir keçiriləcək

blank
Digər idman növləri2024-03-23 18:30

Azərbaycan cüdoçuları üçün Bremen sınağı

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm