Premyer-liqa
“Zirə”nin “Sabah”la 3-cü dueli
Bu həftə Topaz Premyer Liqasında 2018/19 mövsümün&uu…
Bu həftə Topaz Premyer Liqasında 2018/19 mövsümünün ikinci yarısına start veriləcək.
Futbolinfo.az xəbər verir ki, 15-ci turun ilk oyunu Zirədə keçiriləcək. “Sabah”ı qəbul edəcək “Zirə” 2019-cu ildə ilk rəsmi matçına çıxacaq.
Fevralın 2-də baş tutacaq qarşılaşma iki komanda arasında Premyer Liqa çərçivəsində 3-cü oyun olacaq. İndiyədək keçirilən hər iki matç cari mövsümə təsadüf edib.
3-cü turun ev oyununda 0:2 hesabı ilə uduzan “qartallar” 9-cu turun səfər matçında heç-heçəni uzatma dəqiqələrində əldən verib – 1:2. Hər iki görüşdə 2 top buraxan zirəlilər meydandan xalsız ayrılıb. 1 qol vuran “Zirə” futbolçuları ümumilikdə 4 top buraxıb. “Zirə”nin yeganə qoluna Tellur Mütəllimov imza atıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq