Dünya futbolu
“Yuventus”un sabiq futbolçusu Səudiyyə Ərəbistanında
İtaliya millisinin və “Yuventus”un sabiq futbolçu…
İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Sebastyan Covinko karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, son olaraq MLS təmsilçisi “Toronto”da forma geyinən Covinko, “Əl Hilal” klubuna transfer olunub. Bu barədə “Toronto”nun mətbuat xidməti məlumat yayıb.
“Əl Hilal”ın bu transfer üçün MLS təmsilçisinə 2,5 milyon avro ödəyəcəyi bildirilir.
Karyerası ərzində “Empoli”, “Yuventus”, “Parma” kimi klublarda forma geyinən Covinko, 2015-ci ildən “Toronto”da çıxış edirdi.
32 yaşlı hücumçu 23 dəfə də İtaliya millisinin şərəfini qoruyub.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 11:04
Yarımfinal mərhələsi başladı
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi