Dünya futbolu
“Fənərbaxça” “Empoli”nin futbolçusunu heyətinə qatdı – RƏSMİ
Türkiyənin “Fənərbaxça” klubu heyətini yen…
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi sloveniyalı yarımmüdafiəçi Miha Zayçı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtaliyanın “Empoli” klubundan transfer olunan 24 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.
“Fənərbaxça” bu transferə görə, “Empoli”yə icarəyə verdiyi Türkiyə yığmasının yarımmüdafiəçisi Salih Uçanın transfer haqqından vaz keçib. Bir sözlə, Salihin transfer hüquqları avtomatik olaraq “Empoli”yə keçib.
Bu mövsüm “Empoli”də 21 oyuna çıxan Zayç 3 qola imza atıb.
Sloveniya yığmasının da şərəfini qoruyan Miha, 2017-ci ildən İtaliya klubunda legioner həyatı yaşayırdı. O, daha öncə ölkəsində “İnterblok”, “Olimpiya” (Lyublyana) və “Çelye” klublarında forma geyinib.