Premyer-liqa
Topaz Premyer Liqasında serb-gürcü dueli
Bu gün Topaz Premyer Liqasında 12-ci tura start veriləcək. Fut…
Bu gün Topaz Premyer Liqasında 12-ci tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Bakı” doğma divarlar arasında "Simurq"la münasibətlərinə aydınlıq gətirəcək.
Ötən tur səfərdə "Rəvan"la qarşılaşmadan qolsuz bərabərliklə ayrılan Pantiçin yetirmələrini daha bir çətin sınaq gözləyir. Sonuncu dəfə 8-ci turda "Sumqayıt" üzərində qələbə qazanan "Bakı"nın AZAL və "Rəvan"la heç-heçələrdən sonra hansı nəticəni qazanacağı maraqla gözlənilir.
Hazırda 15 xalla turnir cədvəlinin 5-ci pilləsində yerləşən "Bakı"nı "Simurq"dan bir xal ayırır. 14 xalla 6-ci pillədə qərarlaşan "Simurq" səfərdən qələbə ilə dönəcəyi təqdirdə hazırkı rəqibini geridə qoyacaq.
10-turda "Şəfa" stadionunda "Neftçi" ilə oyunda qapısını toxunulmaz saxlayan zaqatalalıların da son qurbanı "Sumqayıt" olub. George Çixradzenin komandası 6-cı turda "Gənclik şəhəri" təmsilçisini məğlub etdikdən sonra qələbəyə həsrət qalıb.
Qeyd edək ki, "Bakı" 11 turun 4-də meydanı 3 xalla tərk edibsə, "Simurq"da bu göstərici 3-ə bərabərdi.
Turun digər qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Topaz Premyer Liqası
12-ci tur
1 noyabr (cümə)
15:00. Bakı – Simurq
Hakimlər: Diniyev Ramil, Abbasov Yaşar, Əliyev İsgəndər, Nəsirov Ziya.
Əlavə köməkçi hakimlər: Əliyev Vüsal, Məmmədov Orxan.
“Bakı”nın təlim-məşq bazasının stadionu.
Turun digər oyunları: 2 noyabr – 17:00. İnter – Rəvan, 19:00. Neftçi – Xəzər Lənkəran. 3 noyabr – 15:00. Sumqayıt – AZAL, 17:00. Qarabağ – Qəbələ.
1 | Qarabağ | 11 | 7 | 3 | 1 | 20 | 4 | +16 | 24 |
2 | Neftçi | 11 | 6 | 4 | 1 | 14 | 7 | +7 | 22 |
3 | QəbəlƏ | 11 | 7 | 1 | 3 | 17 | 9 | +8 | 22 |
4 | AZAL | 11 | 4 | 3 | 4 | 11 | 15 | –4 | 15 |
5 | Bakı | 11 | 4 | 3 | 4 | 18 | 12 | +6 | 15 |
6 | Simurq | 11 | 3 | 5 | 3 | 9 | 9 | 0 | 14 |
7 | İnter | 11 | 4 | 1 | 6 | 18 | 16 | +2 | 13 |
8 | XL | 11 | 3 | 4 | 4 | 9 | 13 | –4 | 13 |
9 | Rəvan | 11 | 1 | 4 | 6 | 5 | 21 | –16 | 7 |
10 | Sumqayıt | 11 | 1 | 2 | 8 | 5 | 20 | –15 | 5 |
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ).
4 – Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Bahodır Nasimov (Neftçi), Baçana Sxadadze (İnter).