Bizi izləyin

Ölkə futbolu

Ruslan Abışov da tez qayıdacaq

Bir var universitetə qəbul olmaq, bir də var, adın jurnalda olmada…

blank
Bir var universitetə qəbul olmaq, bir də var, adın jurnalda olmadan sadəcə, kiminsə icazəsiylə auditoriyada oturub dərsləri izləmək. Hər halda, gələcəkdə diplom almaqla sənədsiz elm öyrənmək müqayisə oluna bilməz.
 
Xaricdə futbol həyatını sürdürməyi elm ocağında təhsil almağa bənzətsək, bizim futbolçularımız bu mənada sadəcə, ikinci yolu tuturlar. Yəni yüksək səviyyəli komandaların heyətində oynamaq üçün sevinə-sevinə yollanıb suyu süzülə-süzülə qayıdırlar. Dəfələrlə bunun şahidi olduğumuzdan "xəcalət mürəkkəbi ilə yazılan dəftəri" yenidən vərəqləmək düzgün olmazdı. Necə deyərlər, bu, bizim utanc yerimizdi.
 
Suflyor qədər də faydası olmayan futbolçu
 
3 il öncə "Anji"yə yollanan Mahir Şükürov bir il orada qərarlaşdıqdan sonra yenidən vətənə qayıtmalı oldusa, Ruslan Abışov da Rusiyada eyni aqibəti yaşamaq üzrədi. "Rubin"in çalışdırıcısı Kurban Berdıyevin kəşfi kimi Kazana üz tutan həmyerlimiz hələ də ehtiyat oyunçular skamyasını "uğurla qızdırır". Rusiya çempionatında yalnız "Amkar"la matçda meydanda olan Abışov sonuncu dəfə Avropa Liqasında "Sulte Varegem"lə oyunda start heyətində yer aldı. Bu da onun "əmək kitabçası". Əlbəttə ki, buna əmək demək mümkün olarsa…
 
Düzdü, etiraf etməliyik ki, "Rubin"in heyətində meydana çıxan futbolçular həm adına, həm də meydanda etdiklərinə görə Ruslandan xeyli səviyyəlidi. Yəni, həmyerlimizi onlarla müqayisə etmək gülməli olardı. Ən azı ortada transfer qiyməti var. Təkcə Ruslanın mövqeyində oynayan Yann Mvilanın qiymətinin 12 milyon avro olduğunu xatırlatsaq, kifayətdi. Ruslan isə "Rubin"ə el dili ilə desə, "heç neçəyə başa gəlib". Təbii ki, heç kim xeyli pul xərclədiyin futbolçunu ehtiyat oyunçular skamyasında əyləşdirib ucuz başa gələn futbolçunu döyüşə atmaz. Ona görə də Kurban Berdıyevi başa düşmək elə də çətin deyil.
 
Bu məsələdə mən mövcud durumla razıyam. Yəni buna heç kim irad bildirə bilməz. Ancaq mənə çatmayan Ruslanın "Rubin"ə yollanmasıdı. Yox, mən heç də həmyerlimizin oyun praktikası sarıdan korluq çəkdiyini və formadan düşdüyünü qabartmıram. Yəni, ortada narahatedici fakt yoxdu. Yığmanın heyətində Abışovun necə var, elə də oynadığını görürük. Etiraf edək ki, "Rubin"də məşq etmək Azərbaycan çempionatında oynamaqdan daha çətindi. Sadəcə, Abışovun çatışmazlığı oyun ruhu və ab-havasını hiss etməkdi. Bu problem Abışovun başını ağrıtmalıdı, Azərbaycan yığmasının baş məşqçisini yox.
 
Məsələ ondadı ki, Foqts Ruslandan istədiyini ala bilir, amma səbəbkar öz həyatından razıdımı? Futbolçu meydanda oynamaq üçün yaranıb, daha ehtiyat oyunçular skamyasında əyləşmək üçün yox. Sən hər nə qədər orada "kök salacaqsansa", bir o qədər bu oyunun fanatları üçün bir futbolçu kimi yoxsan! Hətta suflyor belə teatrda aktyor qədər effektli və gözəgirən olmasa da, onun tamaşaya müəyyən faydası dəyir. Ancaq ehtiyatda oturan oyunçu meydanda baş verən prosseslərə suflyor qədər də xeyir vermir. Ən əsası o, öz karyerasını məhv edir.
 
Futbol dünyasında baş verən transfer əməliyyatlarının heç olmasa, 70 faizi bir oyunçunun ehtiyatda oturmaqdan bezməsinə görə baş verir. Belədə heyətə düşə bilməyən oyunçu məcbur olub komandasını dəyişmək eşqinə düşür. Belə oyunçular oynamadığına görə əzəmətini itirsə də, bu zülmə tab gətirməyib qürurunu itirmir. Ancaq çox təəssüf ki, bu hisslər Azərbaycan futbolçusuna yaddı.
 
Bədbin olmayaq, nə edək?
 
Adətən yerli futbolçularımız yaxşı pul aldığına görə ehtiyat oyunçular skamyasında oturmağa da razılıq verir. Di gəl ki, bu sözləri Abışova da aid etmək olmaz. Guya həmyerlimiz "Rubin"də ehtiyatda əyləşdiyinə görə "qaz vurub, qazan doldurur". Hətta əminliklə söyləyə bilərəm ki, o burada "Neftçi" və "Xəzər Lənkəran"da daha çox qazanırdı. Xüsusən də Cənub təmsilçisində. Sadəcə, Ruslanı qınamıram, o, Rusiyaya oynamaq və Azərbaycan futbolunu təmsil etmək üçün yollandı. Amma nə edək ki, alınmadı! Günlər ötdükcə dəqiqələr həmyerlimizin əleyhinə işləyir. Ola bilər, qız qaldıqca qızıla dönsün, amma futbolçu qaldıqca paslanacaq (Ekspress).
 
Əlbəttə, Abışovun səbr etdiyini və nəvaxtsa zamanının yetişəcəyini iddia etmək olar. Amma o vaxtın nəvaxtsa yetişəcəyinə zəmanət vermək mümkündümü? Düzdü, biz indi Kurban Berdıyevin həmyerlimizə nə kimi vədlər verdiyindən xəbərsizik. Amma biz onu da bilmirik ki, o, Ruslana vəd verir, yoxsa yox? "Allahdan buyruq, ağzıma quyruq" deməklə deyil axı. Böyük ümidlərlə Rusiyaya göndərdiyimiz oyunçu heç matçların son dəqiqələrində meydana da çıxmır ki, deyək ki, "hə, gözümüzün qurdunu öldürdük". Əksinə, ürəyimizdəki qurdlar burada bizi öldürür. Hətta bu qurd bəzən ürəyimizdə mənasız fikirlər formalaşdırır.
 
Məsələn, fikirləşə bilərik ki, Abışov Rusiyaya yollanmaqla özünü reklam edir və qiymətini qaldırır. Nə var-nə var, yenidən Azərbaycana qayıtsa, daha böyük məbləğli müqavilələrin altına qol çəksin. Məgər bizim klublar belə ucuz reklamlar üçün sinov getmir?
 
Danışılası çox söz var, amma ortada görüləsi iş yoxdu. Erməni futbolçunun biri "Spartak"ı, digəri Dortmund "Borussiya"sını daşıdığı məqamda biz hələ nağıllara inanırıq. Ancaq bizim nağıllarda göydən üç alma düşmür. Bizdə legioner həyatı yaşamaq istəyənlər göyə qalxıb yenidən başımıza çırpılır. Sonra da deyirik ki, futbolumuz niyə inkişaf etmir…
 
CAVAD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-01-25 00:49

Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi

blank
Dünya futbolu2024-01-25 00:31

La Liqa klubunda yeni baş məşqçi

blank
Ölkə futbolu2024-01-24 23:53

MOİK liderlə bacarmadı

blank
Ölkə futbolu2024-01-24 23:37

Qurbanov Xabi ilə görüşündən danışdı

blank
Dünya futbolu2024-01-24 23:27

“Fənərbaxça”dan çətin qələbə

blank
Digər idman növləri2024-01-24 23:15

“Xırdalan”dan sürpriz qələbə

blank
Dünya futbolu2024-01-24 23:00

“Mançester Yunayted”in hücumçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-01-24 22:41

“Atletiko” futbolçusunu icarəyə verdi

blank
Dünya futbolu2024-01-24 22:22

“Bayer” yeni hücumçu tapdı

blank
Dünya futbolu2024-01-24 22:00

Mutunun yeni klubu rəsmən açıqlandı

blank
Dünya futbolu2024-01-24 21:41

Daha 4 fanata ömürlük cəza

blank
Ölkə futbolu2024-01-24 21:25

Qurban Qurbanov Xabi Alonso ilə görüşdü – FOTOLAR

blank
Dünya futbolu2024-01-24 21:04

Millinin baş məşqçisi istefaya göndərildi

blank
Ölkə futbolu2024-01-24 20:51

“Turan Tovuz” ayrılığı rəsmən açıqladı

blank
Digər idman növləri2024-01-24 20:43

Ağcabədidə xatirə turniri

blank
Digər idman növləri2024-01-24 20:35

Millinin baş məşqçisi Macarıstanda baş tutan seminarı dəyərləndirdi

blank
Digər idman növləri2024-01-24 20:00

Azərbaycan çempionatının vaxtı müəyyənləşdi

blank
Dünya futbolu2024-01-24 19:00

Kinə daha bir müştəri

blank
Dünya futbolu2024-01-24 18:40

Paytaxt klubu milli üzvü ilə gücləndi

blank
Ölkə futbolu2024-01-24 18:20

Qurban Qurbanov Xabi Alonso ilə görüş üçün Almaniyaya getdi

blank
Ölkə futbolu2024-01-24 18:00

“Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar”

blank
Digər2024-01-24 17:39

Yeni “Poz-Qazan” oyunu “Bombardir”lə qol vur, 50 000 AZN qazan

blank
Digər idman növləri2024-01-24 17:21

Azərbaycan atleti ölkə rekordunu yenilədi

blank
Digər idman növləri2024-01-24 17:00

Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı müzakirə olunub

blank
Ölkə futbolu2024-01-24 16:46

Bakıda UEFA-nın məşqçi kursunun I modulu başlayıb

blank
Ölkə futbolu2024-01-24 16:30

Növbəti Polşa səyyahı: Rahilin komandasının Avropada ən böyük uğuru “Kəpəz”i məğlub etməsidir

blank
Əvəzedicilər2024-01-24 16:14

Əvəzedicilərin yarışında bir oyun təxirə salındı

blank
Ölkə futbolu2024-01-24 15:41

“Hədəfimiz Super Liqadır” – Ramil Şeydayev

blank
Ölkə futbolu2024-01-24 15:23

“Qarabağ”ın futbolçusu Rusiya klublarının diqqətində

blank
Digər idman növləri2024-01-24 15:07

Kanadada 263 saatlıq hokkey oyunu

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm