Premyer-liqa
“Roma” mütləq rekordçu oldu
İtaliya A Seriyasının 10-cu turu rekordla yadda qalıb. Futbolinfo….
İtaliya A Seriyasının 10-cu turu rekordla yadda qalıb. Futbolinfo.az xəbər verir ki, paytaxtın “Roma” klubu 10 turdan sonra maksimum nəticə göstərək "Yuventus"un rekordunu qırıb.
Öz meydanında "Kyevo"nu qəbul edən “canavarlar” oyuna hücumlarla başlasa da, ilk hissədə fərqlənməyi bacarmayıb. "Roma" yalnız 68-ci dəqiqədə öz istəyinə çatıb. Boryello komandasını hesabda önə keçirib. Bundan sonra hesabı qorumağa çalışan Rudi Qarsiyanın yetirmələri layiq olduqları qələbəni qazanıb.
Xatırladaq ki, "Roma"nın ən yaxın izləyici olan “Napoli” və “Yuventus” 10 turdan sonra liderdən 5 xal geri qalır (25 xal).