Ölkə futbolu
"Sumqayıt" məşqçisini qovdu
Premyer Liqanın ikinci hissəsinə yaxşı başlamayan və sonuncu pi…
Premyer Liqanın ikinci hissəsinə yaxşı başlamayan və sonuncu pilləyə yuvarlanan "Sumqayıt" uğursuzluqların səbəbkarını tapıb. "Kimyaçılar" XVIII turda "Zirə"yə doğma meydandakı minimal hesablı məğlubiyyətdən sonra məşqçilər korpusunda dəyişiklik etmək qərarına gəlib.
Klub fiziki hazırlıq üzrə məşqçi Sergey Yankovi ilə yollarını ayırıb. Qərarı komandanın baş məşqçisi Ayxan Abbasov verib. 38 yaşlı çalışdırıcı ukraynalı məşqçini işinin öhdəsindən gələ bilmədiyi üçün göndərmək qərarına gəlib (futbol+).
Qeyd edək ki, Yankovi mövsümün gedişində "Sumqayıt"a cəlb olunub. Onu kimin əvəzləyəcəyi bəlli deyil.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq