Dünya futbolu
Dadaşovun qol vurmamasının səbəbi
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun ş…
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" III Bundesliqada 3 oyundu qol üzünə həsrətdi. Bu məqam baş məşqçi Marko Antverpeni narahat edir.
Çalışdırıcı açıqlamasında hücumçularının geriləməsini normal qəbul edib: "Dadaşovla yanaşı, heyətdə daha bir qolçumuz var. Kiril Akonoya sahib olmaq gözəldi. Ancaq o, hələ tam peşəkar səviyyəyə çatmayıb. Hücumlarımızın yükünü daşıya bilmir. Bu, ailə daxilində olan stressdən qaynaqlana bilər. Dadaşovun uzun müddəti qol vurmamasına gəlincə, o, bura IV liqadan gəlib. Həmçinin indi Azərbaycan millisinə də çağırılır. Performansının aşağı düşməsi məntiqlidi".
Qeyd edək ki, "Proyssen" hazırda 35 xalla 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq