Dünya futbolu
Luis Suares 3-cü oldu
“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsini…
“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Real”ı məğlub edərək, finala vəsiqə qazanıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş, Kataloniya təmsilçisinin hücumçusu Luis Suares üçün əlamətdar olub.
Sözügedən qarşılaşmada iki qolun müəllifi olan uruqvaylı forvard, “Barselona” formasıyla “Real”ın qapısına 11-ci topunu vurub. Suares bununla da, “Barselona” tarixində “Real”a 11 və daha çox qol vuran 3-cü futbolçu olub.
Kataloniya təmsilçisinin tarixində Madrid klubuna ən çox qol vuran futbolçu Lionel Messidir. Onun aktivində 26 qol var. İkinci yerdə isə “Barselona”nın sabiq forvardı Sezar Rodriqesdir. Rodriqes 14 dəfə “kral klubu”nun qapısına yol tapıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd