Dünya futbolu
“Mançester Yunayted”dən yeni rekord
“Mançester Yunayted” İngiltərə Premyer Liqasın?…
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 28-ci turunda səfərdə “Kristal Pelas”ı məğlub edib.
Futbolinfo.az “Opta” saytına istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən görüşdə, “qırmızı şeytanlar” yeni rekorda imza atıb. Belə ki, “Mançester Yunayted” klub tarixində ilk dəfə bütün turnirlər daxil olmaqla, keçirdiyi ardıcıl 8 səfər oyununda da qələbə qazanıb. Bu qələbələrin hamısı Ole-Qunnar Sulşerin rəhbərliyi altında qazanılıb.
Sulşer ötən ilin dekabrında “Mançester Yunayted”in “sükanı arxasına” keçib.
“Mançester Yunayted” Premyer Liqada 28 turdan sonra 55 xalla 5-ci sırada qərarlaşıb.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Ölkə futbolu2023-01-25 23:56
“Qarabağ” üç qapıçıdan birini seçməlidir
- Ölkə futbolu2023-01-26 13:10
“Qarabağ”ın yeni transferi Bakıda tibbi müayinədən keçdi – tezliklə RƏSMƏN açıqlanacaq