Dünya futbolu
PSJ-dən Mata üçün yeni təklif
PSJ "Çelsi"nin yarımmüdafiəçisi Xuan Ma…
PSJ "Çelsi"nin yarımmüdafiəçisi Xuan Mataya olan marağını heç cür gizlətmək istəmir. Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi növbəti dəfə ispaniyalını heyətə qatmaq üçün menecerlərə göstəriş verib.
Fransa klubu Xuanın keçidinə görə 41 milyon avro təklif edib. Daha öncə "Mançester Yunayted" və "Tottenhem"in təkliflərini rədd edən "Çelsi" hələlik buna münasibət bildirməyib. 25 yaşlı futbolçu razılıq verəcəyi təqdirdə yanvardan PSJ-də çıxış edə bilər. Lakin Mata verdiyi açıqlamasında heyətə düşməkdə çətinlik çəkməsinə baxmayaraq, "Çelsi"də qalmaq istədiyini deyib.
Qeyd edək ki, 2011-ci ildən "zadəganlar”ın şərəfini qoruyan Mata keçirdiyi 74 oyunda 18 qola imza atıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi