Dünya futbolu
“Mançester Siti” “Tottenhem”i məğlub yola saldı
Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura start ver…
Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
Açılış oyununda “Mançester Siti” doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib. London klubu bir neçə gün əvvəl Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Siti”nin qonağı olmuş, 3:4 hesabıyla bitən matçda yarımfinala yüksələn tərəf olmuşdu. Bu oyunda cəmi bir qol qeydə alınıb və yenə Mançester klubu meydanı qələbə ilə tərk edib.
“Nyukasl” “Sauthempton”u məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Vest Hem” – “Lester” matçında qalib müəyyənləşməyib. “Vulverhempton” – “Brayton” görüşündə isə ümumiyyətlə qapılara qol vurulmayıb. “Bornmut” evdə “Fulhem”ə, “Haddersfild” isə “Uotford”a məğlub olub.
İngiltərə Premyer Liqası
35-ci tur
20 aprel
Mançester Siti – Tottenhem 1:0
Qol: Foden, 5.
Bornmut – Fulhem 0:1
Qol: Mitroviç, 53-pen.
Vest Hem – Lester 2:2
Qol: M.Antonio, 37. L.Peres, 82 – Vardi, 67. Barnes, 90.
Vulverhempton – Brayton 0:0
Haddersfild – Uotford 1:2
Qol: Qrant, 90 – Deulofeu, 5; 80.
Nyukasl – Sauthempton 3:1
Qol: A.Peres, 27; 31; 86 – Lemina, 59.
21 aprel
16:30 Everton – Mançester Yunayted
19:00 Arsenal – Kristal Pelas
19:00 Kardiff Siti – Liverpul
22 aprel
23:00 Çelsi – Bernli
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”