Dünya futbolu
7-ci dəfə Bundesliqanın ən yaxşı bombardiri oldu
Futbol üzrə Almaniya Bundesliqasında 2021/22 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu, “Bayern”nin hücumçusu Robert Levandovskidir.
Polşalı futbolçu artıq geridə qalan mövsümdə 35 qol vurub. Bununla da o, karyerasında 7-ci dəfə (ardıcıl 5-ci dəfə) Bundesliqanın ən yaxşı bombardiri olub.
Levandovski bu göstəricidə Münhen klubunun sabiq hücumçusu Gerd Müllerə çatıb.
Yeri gəlmişkən, Levandovski bu yay klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib. Bu barədə Münhen klubunun idman direktoru Hasan Salihamiciç açıqlama verib:
“Levandovski ilə görüşdük. Görüş zamanı müqavilənin uzadılması təklifini qəbul etmədiyini, klubdan ayrılmaq istədiyini söylədi. Onun bu mövsümün sonunda başqa kluba getməsi məsələsi ilə maraqlanmırıq”.
33 yaşlı polşalı oyunçunun Münhen təmsilçisi ilə müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”