Dünya futbolu
Super Liqa klubunda istefa – “Beşiktaş”ın baş məşqçisi olacaq
Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşq&cc…
Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, “qara qartallar” Abdullah Avcı ilə razılıq əldə edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Avcı ilə 3 illik sözləşmə imzalanacaq.
Təyinatın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Avcı bu gün son mövsümdə çalışdırdığı “Başakşəhər” klubundan ayrılıb. O, klub prezidenti Göksal Gümüşdağla görüşdə istefa vermək istədiyini bildirib və rəhbərlik onun istefasını qəbul edib.