Dünya futbolu
“Qalatasaray”lıya 8 oyunluq cəza
“Qalatasaray”ın məşqçisi Hasan Şaş Türkiy…
“Qalatasaray”ın məşqçisi Hasan Şaş Türkiyə Futbol Federasiyası tərəfindən sərt cəzaya məruz qalıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. TFF “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terimin əsas köməkçilərindən olan Hasan Şaşa 8 oyunluq cəza kəsib.
Cəzaya gənc məşqçinin “Başakşəhər”ə 2:1 hesabıyla qalib gəldikləri oyunda idmana yaraşmayan hərəkətlərə yol verməsi, arenanın təhlükəsizlik xidmətinin əməkdaşına qarşı zor tətbiq etməsi, təhqiredici ifadələr işlətməsi səbəb olub.