Bizi izləyin

Ölkə futbolu

Bakı darmadağının səbəbləri

Stadiondan 51 mindən çox azarkeşin izlədiyi Avropa Liqasın?…

blank

Stadiondan 51 mindən çox azarkeşin izlədiyi Avropa Liqasının Bakı finalı tarixin yaddaşına köçdü. 

Azərbaycanı istəməyənlər, düşmən mövqeyindən çıxış edənlər, anti-təbliğat maşınını işə salanlar, tənqid edənlər, tərif söyləyənlər, emosional fikirlər… Hamısı oldu.

Finallara xas olmayan böyükhesablı nəticə qeydə alındı. Təşkilati, müxtəlif məsələlərlə bağlı çox rəylər səslənib, təkrarçılığa ehtiyac da yoxdur. "Çelsi" nəyin hesabına rəqibini darmadağın etdi, "Arsenal" niyə başıaşağı Londona qayıtdı!

Böyük futbolda xırdalıq olmur. Tələb olunan bütün komponentlərdə hazırlıq yüksək səviyyədə olmalıdır. Hər iki nəhəng klub bir-birinə layiq rəqiblərdir və hər biri kuboku qazanmaq iqtidarında idi. Komandaların maddi durumu, imkanı, heyəti baxımından kəskin səviyyə fərqi yoxdur.

Futbolda strategiya, planlaşdırma, konkret çempionata, turnirlərə hərtərəfli hazırlıq böyük əhəmiyyət daşıyır. Üstəgəl, mövsümün sonu, komandaların 60-dan çox rəsmi, gərgin qarşılaşmalarını nəzərə aldıqda, görünə biləcək hər xırda nüansın da təsir qüvvəsi yüksək olur.

Fiziki, psixoloji yorğunluq fonunda hər bir addım incəliyinə kimi tənzimlənməli, qələbə ruhunu qoruyub saxlamalıdır. "Arsenal"ın əfsanəsi Arsen Vengerin sözlərini xatırlatsaq, kifayət edər: "Müasir futbolda psixoloji hazırlıq ön plana çıxıb".

"Arsenal" finala hazırlıq planında müəllimlərinin bu fikirini unutdu. Müxtəlif bəhanələr, futboldankənar bəyanatlar, düşmən hiyləsinə aldanmaları oyunu unutdurmuşdu. Belə psixoloji yanaşma ilə 100% oyuna hazırlaşmaq, köklənmək mümkünsüzdür….

Əcaib olan o idi ki, rəqib də nəinki İngiltərəni, eyni şəhəri təmsil edirdi. Sadə dillə desək, onları bir-birindən Londonda elə bir tin ayırır. Yəni hər iki finalçı eyni şəraitdə, Bakıdan eyni uzaqlıqda yerləşir və Bakıya eyni məsafə qət edəcəkdi.

Yeganə fərqləri, komandaların birində əsrlərdi sağalmaz bir virusun olması idi. Kənardan çox əcaib görünürdü. Londonu təmsil edən iki böyük klubun biri özünü virusa yoluxmuş "küçə uşağı" kimi aparır, digəri isə özlərinə uyğun əsl zadəganlıqla rahat finala hazırlaşırdı.

Peşəkar futbolun əsas 4-5 mütləq faktorundan biri olan psixoloji hazırlıqda "Arsenal" Bakıya gəlməmiş artıq məğlub olmuşdu. Qonşu "Çelsi"nin təxribatlara uymayaraq təmkinli davranması, arsenalsız "topçu"ların çaşqınlığının fərqində olmasını göstərirdi…

Beyinlər yerində olmayanda səhv səhv dalınca gəlir. Psixoloji hazırlıqda tam məğlub olan "Arsenal" səfər proqramında da duruma uyğun bağışlanmaz addım atdı. Komanda paytaxtımıza 3 gün öncədən gəldi…

Böyük idman/futbolda saat qurşaqlarının idmançı/futbolçular üçün hansı mənfi fəsadlara səbəb olması elmi baxımdan çoxdan sübut olunub. Səfər edəcəyin ölkə nə qədər uzaqdırsa, saat fərqi çoxdursa, bir o qədər də təsiri çox olur.

Komanda/futbolçular yarışa gedərkən əsasən aşağıdakı səbəblərə görə təbii stres halına düşürlər:

– saat qurşağının dəyişməsi
– uzaq məsafəyə uçuş
– fərqli iqlimə düşməsi
– alışmadığı yaşayış mühiti
– qidalanmanın dəyişməsi
– məsul oyunöncəsi stres/gərginliyin artması.

Bakı və London arasında 3 saatlıq fərq var. Həddindən artıq çox olmasa da, futbolçu rejiminə mütləq təsir edir. Hətta qərbdən şərqə gediş daha mənfi təsirə malikdir. Belədə orqanizmdə təbii üsyan baş verir:

– halsızlıq
– konsentrasiyanın zəifləməsi
– motivasiyanın azalması
– psixoloji halın korlanması
– fiziki fəaliyyətin aşağı düşməsi
– qıcıqlanma hallarının çoxalması
– iştah/yeməyin korlanması
– yuxusuzluq və s…

Uzaq səfərlər və yuxarıda qeyd olunanlara görə ən mənfi stadiya səfərdə olduğun 4-7-ci günlər aralığında baş verir. Orqanizm keçmiş rejimdən yeni saata uyğunlaşmaq üçün ilk 3 gündə daxili enerjisini "xərcləyir" və ən zəif hala yetişir.

Təsəvvür edin, yüksək kateqoriyalı idmançı/futbolçu üçün bu nə deməkdir. "Arsenal" da 3 gün öncə Bakıya gələrək onsuz da psixoloji hazır olmayan futbolçuları tam olaraq üzdü, halsız vəziyyətə salıb finala çıxardı.

İkinci hissədə futbolçuların meydanda dözə bilməməsi, rəqibdən tam geri qalması açıq hiss olunurdu. "Arsenal"llıların üz cizgilərində bir əzab, yorğunluq, yuxusuzluq vardı. 3 gün ərzində Bakı rejiminə alışdırılan oyunçuların gecə yarısı meydanda olmağı yox, yatmaq vaxtı idi…

"Arsenal" kimi klubda funksional hazırlığa cavabdehlərin, tibb personalının sübut olunan elmi bilməməsi çətin görünür. Ən azından qəribədir. Klub olaraq finala hazırlığın düzgün aparılmaması düşərgədə bildiklərini də unutdurmuşdu…

"Çelsi" nə etdi? Oyuna bir gün qala Bakıya gələrək belə problemlər yaşamadı, minimum adaptasiya, enerji itkisiylə oyuna çıxdı. Meydanda hərtərəfli özlərinə inamı hər kəs gördü. Hesab daha biabırçı həddə çata bilərdi.

İnsan orqanizmində bədən funksiyalarına nəzarət edən təbii, bioloji, tənzimləyici "daxili saat" mövcuddur. Uzaq səfərlərdə, saat fərqi yarananda bədən üsyan edərək yeni vaxta uyğunlaşmağa çalışır. Belədə yeni şəraitdə futbolçuları fiziki, psixoloji yükləmək də doğru deyil.

"Çelsi" "s koroblya na bal", evdə planlı hazırlaşaraq futbolçuları lazımsız, ziyanlı adaptasiyadan qoruyaraq dərhal finala çıxarmış oldu. Belədə "daxili saat" hələ əvvəlki rejimdə çalışır, gücü qoruyub saxlaya bilir.

"Çelsi"li futbolçuların orqanizmi "Arsenal"dan fərqli dünən axşam özlərini saat 23.00-da yatmış halda oyunda hiss etmirdilər. Onlar üçün hələ London vaxtı, 20.00-idi. "Zadəganlar" mükəmməl psixoloji, funksional hazırlıqla "topçu"ları top atəşinə tutdular.

İstənilən komanda oyunöncəsi hazırlığı yaxşı keçirsə, futbolçular taktiki tapşırıqları, fərdi keyfiyyətlərini də meydanda istədikləri kimi göstərə bilirlər.

Böyük futbol elmdir. "Çelsi" də Avroliqa finalında möhtəşəm qələbə ilə yanaşı qarşılaşmaya hazırlıq mərhələsində daha elmli olmaqlarını da sübuta yetirmiş oldular.

Azərbaycanda belə mötəbər matçların keçirilməsi gözəldir. Bütün dünyadan minlərlə insan Bakıya axışdı. Düşmənlər, istəməyənlər hər zaman olsa da, Azərbaycanın gələcəyi üçün lazımlı addımlardır.

Futbol bir daha öz qüvvəsini sübut etmiş oldu. Stadionda yetərincə azarkeş olsa da, anşlaq olmadı. Biletlərin qiymətlərini UEFA müəyyən edir. Təbii, yaşayış səviyyəsinə uyğun yerli futbolsevərlər üçün baha idi. 5-10 min yerin boş qalmasının əsas səbəbi bu deyildi. Belə olsaydı, tribunalarda maksimum 25-30 min azarkeş olardı.

Əsas səbəb ölkədə futbola olan münasibətdi. İnsanların Azərbaycan futboluna inamı azalıb. Hətta Avroliqa kimi möhtəşəm final "pokazuxa" kimi qarşılanır. Bu tipli tədbirlər ölkədə, bölgələrdə futbolun inkişafı ilə paralel aparılmalıdır. Belə olarsa, inam da geri qayıdar.

Qarşıdan daha mötəbər yarış, AÇ-2020 gəlir. Tribunaların tam dolması, futbola inamın qayıtması üçün əsaslı islahatlar mütləqdir.

Futbolda dönüşün yaradılması üçün Azərbaycanda hər bir şərait var…

Tahir Süleymanov

Reklam

Reklam


blank
Premyer-liqa2024-03-17 20:49

“Sabah” “Sumqayıt”a qalib gəlir – YENİLƏNİR

blank
Premyer-liqa2024-03-17 20:29

“Qarabağ” Tovuzda 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2024-03-17 20:00

Ayxan Abbasov: “Seriyanı davam etdirmək istəyirdik” – VİDEO

blank
Premyer-liqa2024-03-17 19:10

Qurban Qurbanov: “Oyunçularımda xarakter gördüm” – VİDEO

blank
Digər idman növləri2024-03-17 18:51

Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazandı

blank
Əvəzedicilər2024-03-17 18:27

“Qəbələ”nin əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-03-17 17:56

“Qarabağ” “Turan Tovuz”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-03-17 17:37

“Sumqayıt” səfərdə “Şəki”yə qalib gəldi

blank
Ölkə futbolu2024-03-17 16:55

“İrəvan” bu futbolçulara pul ödəməlidir – QƏRAR

blank
Milli komanda2024-03-17 16:05

Millimiz Sloveniya yığmasına da uduzdu

blank
Dünya futbolu2024-03-17 15:31

Niko Kovaç istefaya göndərildi

blank
Ölkə futbolu2024-03-17 15:00

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

blank
Ölkə futbolu2024-03-17 14:31

AFFA rəhbərliyi Ağsu şəhər stadionuna baxış keçirib

blank
Digər idman növləri2024-03-17 14:00

Cüdo üzrə yığmalar üçün kəmər dərəcələri üzrə imtahan keçirilib

blank
Digər idman növləri2024-03-17 13:32

Lebron Ceymsin 40 xalı komandasını məğlubiyyətdən xilas etmədi

blank
Digər idman növləri2024-03-17 13:15

Finalçılar məlum oldu

blank
Digər idman növləri2024-03-17 13:00

Qızıl Avropa Liqasında iştirak edəcək yığmalarımızın oyunlarının təqvimi bilindi

blank
Ölkə futbolu2024-03-17 12:31

“Tarix yazdıq” – “Qarabağ”ın futbolçusu

blank
Dünya futbolu2024-03-17 12:02

Ançelottinin “Real”da 200-cü qələbəsi

blank
Ölkə futbolu2024-03-17 11:44

“Murad Musayev Azərbaycanda yaxşı işlədi”

blank
Ölkə futbolu2024-03-17 11:22

Nihat Kahveci: “Mənə görə “Qarabağ”  mərhələni keçdi”

blank
Premyer-liqa2024-03-17 08:30

“Turan Tovuz” “Qarabağ”a, “Sumqayıt” “Sabah”a qarşı

blank
Ölkə futbolu2024-03-17 08:00

Bir addım irəli, iki addım geri

blank
Dünya futbolu2024-03-17 02:19

“Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-03-17 02:17

“Nitsa”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-03-17 01:54

“Latsio”dan səfərdə çətin qələbə

blank
Digər idman növləri2024-03-17 01:28

Azərbaycan güləşçilərindən ilk gündə 3 medal

blank
Dünya futbolu2024-03-17 01:01

“Mançester Siti” yarımfinalda

blank
Dünya futbolu2024-03-17 00:43

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-03-17 00:09

Şahruddin 90 dəqiqə oynadı, “Beşiktaş” yenə uduzdu

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm