Ölkə futbolu
“Neftçi” 1:8 hesabıyla uduzduğu komandaya qarşı
Avropa Liqasına hazırlığını Antalyada davam etdirəcək "Ne…
Avropa Liqasına hazırlığını Antalyada davam etdirəcək "Neftçi"nin yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib. "Ağ-qaralar" Türkiyədə Rusiya təmsilçisi "SKA-Xabarovsk"la qarşılaşacaq.
Bu barədə məlumatı Rusiya Milli Liqasında yarışan klub yayıb. Bildirilir ki, iyunun 12-də Türkiyəyə yollanacaq komanda orda 3 yoxlama görüşündə qüvvəsini sınayacaq ki, ilk rəqib "Neftçi" olacaq. Plana əsasən, bu komandalar iyunun 19-da üz-üzə gələcək.
"Neftçi" də Antalyada 3 oyun keçirəcək. "Flaqman"ın rəqibi iyunun 30-da Ukrayna "Vorskla"sı olacaq.
Qeyd edək ki, "SKA-Xabarovsk" I liqa səviyyəsində olan Rusiya Milli Liqasında geridə qalan mövsümü 7-ci pillədə başa vurub.
Bu klubla bağlı “Neftçi”nin pis xatirəsi var. Belə ki, ötən ilin yanvarında Türkiyədəki sınaq matçında Rusiya təmsilçisi cınaq matçında təmsilçimizi darmadağın etmişdi – 8:1.