Ölkə futbolu
Baş katib UEFA-da komitə sədri seçildi
Mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası k…
Mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Orada bir sıra qərarlar qəbul olunub.
Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.
Qeyd edək ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.