Dünya futbolu
“İnter” yeni baş məşqçisini rəsmən açıqladı
İtaliyanın “İnter” kulubunun yeni baş məşqçis…
İtaliyanın “İnter” kulubunun yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Antonio Konteyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Konte ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
İtaliya mətbuatı Kontenin 3 illik sözləşmə imzaladığını iddia edib.
“İnter” dünən baş məşqçisi Luçano Spalletti ilə yollarını ayırmışdı.