Ölkə futbolu
Səbuhi Səfiyarlı və Səməd Nəsibova “Qəbələ” azarkeşlərindən jest
Bir müddət öncə mətbuatda "Qəbələ"nin menece…
Bir müddət öncə mətbuatda "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı ilə Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibovun klubdan ayrılacağı haqda xəbərlər yayılmışdı.
Futbolinfo.az xəbər verir ki, bundan xəbər tutan "Qəbələ" azarkeşləri hər iki klub əməkdaşına jest ediblər.
Belə ki, azarkeşlər arasında sorğu keçiriblər və həmin sorğuya əsasın onlar Səməd bəyə "Azarkeşin dostu", Səbuhi Səfiyarlıya isə "İşgüzar menecer" mükafatı hədiyyə ediblər.
Bununla bağlı Səbuhi Səfiyarlı və Səməd Nəsibovun fikirlərini öyrəndik. Hər ikisi azarkeşlərin bu jestindən təsirləndiklərini və onlara sonsoz təşəkkürlərini bildiriblər.
Lakin bir məqamı da qeyd edək ki, ötən gün aldığımız məlumata görə, Səbuhi Səfiyarlının "Qəbələ"dən gedişi rəsmiləşsə də, Səməd Nəsibov klubda öz vəzifəsinə davam edəcək. Bu haqda məlumatı Sport7.az-a özləri vermişdi.