Ölkə futbolu
Kuaresmaya Bakıda diplom verildi
Portuqaliya yığmasının və “Beşiktaş”ın futbol&cced…
Portuqaliya yığmasının və “Beşiktaş”ın futbolçusu Rikardo Kuaresma ilə Gənclər və İdman Nazirliyində görüş təşkil olunub.
Futbolinfo.az xəbər verir ki, ulduz futbolçunun Bakıya səfərinə həsr olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, həmçinin “Beşiktaş”ın ölkəmizdəki azarkeşləri iştirak ediblər.
36 yaşlı yarımmüdafiəçinin gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirilib. Azad Rəhimov Kuaresmaya Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplom təqdim edib.
Qeyd edək ki, 2015-ci ildən "Beşiktaş"ın formasını geyinən Rikardo Kuaresma 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.