Ölkə futbolu
“Qarabağ”ın Avstriyadakı rəqibləri açıqlandı
İyunun 18-də təlim məşq toplanışı üçün Avstri…
İyunun 18-də təlim məşq toplanışı üçün Avstriyaya yola düşəcək “Qarabağ” burada 4 yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Artıq rəqiblər də bəllidi. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Ufa”da azərbaycanlı futbolçu Azər Əliyev də çıxış edir.