Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası …
İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların məşq bazasında təşkil ediləcək iclas saat 18:00-da başlayacaq.
İclasın gündəliyinə birinci divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlər daxil edilib.