Dünya futbolu
Türkiyə Futbol Federasiyasında yeni prezident
Bu gün Türkiyə Futbol Federasiyasına (TFF) yeni prezident …
Bu gün Türkiyə Futbol Federasiyasına (TFF) yeni prezident seçkisi keçirilib.
Futbolinfo.az xəbər verir ki, prezidentlik uğrunda beş namizəd mübarizə aparırdı – Nihat Özdəmir, Bülənt Gürkut, Durmuş Ali İlik, Vəli Olgaç və Ayhan Sağaltıcı.
Bu vaxta qədər federasiyanın vitse-prezidenti kimi fəaliyyət göstərən Nihat Özdəmir seçkidən qalib ayrılıb.
Qeyd edək ki, 2012-ci ilin fevral ayından TFF-yə başçılıq edən Dəmirörən bu ilin fevral ayında istefa vermişdi. Həmin dövrdən bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılmışdı.