Dünya futbolu
“Çelsi” onunla vidalaşdı – RƏSMİ
İngiltərənin “Çelsi” klubu müdafiəç…
İngiltərənin “Çelsi” klubu müdafiəçisi Qari Keyhillə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.
Keyhill 2012-ci ildən “Çelsi”də forma geyinirdi. O, son mövsümdə “zadəganlar”ın heyətində cəmi 8 oyunda meydanda olub.
“Çelsi” son mövsümdə Avropa Liqasının qalibi adını qazanıb.