Milli komanda
Millimiz Lixtenşteynə belə uduzdu – VİDEO
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2019…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2019-cu ildə ilk rəsmi görüşünə çıxıb.
Futbolinfo.az xəbər verir ki, komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə qarşılaşıb.
6 komandanın mübarizə apardığı 2-ci qrupda yer alan yığmamız qrupun ilk görüşünün iştirakçısı olub. Milan Obradoviçin yetirmələri Avropanın zəiflərindən olan Lixtenşteynin qonağı olub.
Oyun gözləniləndən fərqli, “cırtdanlar”ın qələbəsi ilə nəticələnib. Eşen şəhərindəki qarşılaşmada penaltidən erkən vurulan qol Lixtenşteynə 3 xal qazandırıb.