Müsahibə
Marek Hamşik: “Bakıya məğlub olmaq üçün gəlməmişik”
Slovakiya millisinin üzvü Marek Hamşik AÇ-2020-nin s…
Slovakiya millisinin üzvü Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.
Futbolinfo.az xəbər verir ki, o, birbaşa media nümayəndələrinin suallarını cavablandırıb:
– Son oyunlarda cəmi bir dəfə qapını toxunulmaz saxlamısız, sabah da bunu təkrarlaya biləcəksizmi?
– Əsas qələbə qazanmaqdı. Hesabın önəmi yoxdu. Qol buraxmadan qalib gələ bilsək, yaxşı olar.
– Şəhərdə kifayət qədər Slovakiya azarkeşləri var. Onların dəstəyini hiss edə bilirsizmi?
– Əlbəttə, öz azarkeşlərimizi burda görmək xoşdur. Sabah nə qədər azarkeşin stadiona gələcəyini görəcəyik.
– Bir neçə ay Çində çıxış etmisiz. Azərbaycan millisini necə dəyərləndirirsiz?
– Bakı gözəl şəhərdir. Dünən biz Bakı Olimpiya stadionunda məşq etdik. Beynəlxalq karyeramda çox oyun keçirsəm də, Azərbayxana qarşı oynamamışdım. Rəqibi təhlil etmişik. Sabahkı oyunda istəkli olacaqlarına inanırıq.
– Sabah mümkün məğlubiyyət sizin üçün təəccüblü olacaq?
– Həyatda pis şeylər baş verə bilər. Ancaq biz buraya məğlub olmaq üçün gəlməmişik. Hücum futbolu oynayacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– 18 il əvvəl Azərbaycana məğlub olmusuz. Hücum futbolu oynamağınız nəticəyə necə təsir edəcək?
– Ümidvaram ki, bu, yenidən təkrarlanmayacaq. Hər iki komandanın hücumameyilli oynaması maraqlı olacaq. Keyfiyyətli hücum oyunçularımızın hesabına nəticənin bizim xeyrimizə olacağını düşünürəm.
– Sabahkı oyunda necə uğurlu olacağınızı düşünürsüz. Hansı səhvlərdən siğortalanmalısız?
– Rəqibin topa sahib olmasının qarşısını almalıyıq. Təkbətək epizodlarda yaxşı futbolçuları var. Sabah kifayət qədər sürətli və irəliyə doğru oynamalıyıq. (komanda.az)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq