Milli komanda
Pavel Hapal: “Qələbə qazanmaq istəyirik”
Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal A&Cc…
Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında birbaşa jurnalistlərin suallarını cavablandırıb:
– İordaniya ilə yoxlama oyununda sonra bəzi oyunçularda fiziki problem vardı. Sabahkı oyuna komanda hazırdırmı?
– Təəssüf ki, Miroslav Stox sabahkı oyun üçün hazır deyil. Onu özümüzlə gətirmədik. Başqa bütün heyət oyuna hazırdı.
– Müdafiəçi Pekarik açıqlamasında Azərbaycanın asan rəqib olduğunu deyib. Sizin bu fikirə münasibətiniz necədi?
– Biz bütün rəqiblərə hörmət edirik. Azərbaycan millisini də, azarkeşlərini də görmüşük. Milli Xorvatiyaya qarşı oynamışdı. İstənilən halda sabah qələbə qazanmaq istəyirik.
– Sabahkı heyətdə bizi süprizlər gözləyirmi?
– Heyəti açıqlamayacam, ancaq maraqlı dəyişikliklər ola bilər. (komanda.az)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir