Ölkə futbolu
“Sabah” Ramosla vidalaşdı
“Sabah” Erik Ramosla vidalaşmaq qərarına gəlib. Ruslan…
“Sabah” Erik Ramosla vidalaşmaq qərarına gəlib. Ruslan Abışovun transfer edilməsindən sonra paraqvaylının saxlanmasına gərək duyulmayıb.
Təbii ki, bu iki oyunçunun mövqeyi fərqlidi – Ruslan müdafiənin mərkəzində, Ramos dayaq bölgəsində oynayır. Amma ötən mövsüm müdafiədə oynayan Kərim Diniyev daha çox yarımmüdafiəçi kimi tanınıb. Yəqin ki, baş məşqçi Elşad Əhmədov bu futbolçunu yenidən doğma mövqeyinə qaytaracaq.
Ümumiyyətlə, orta sahədə “Sabah”ın oyunçu seçimi çoxdu, üstəlik, daha bir legionerin alınması düşünülür. Belədə 32 yaşlı əcnəbiylə bitən müqavilənin yenilənməsinə lüzum yoxdu.
Klub Ramosun getdiyini rəsmən açıqlamasa da, Əhmədov mətbuata (sport24) açıqlamasında bunu etiraf edib: "Ramosla müqaviləmizin müddəti qurtarmışdı. O, yaxşı, xarakterli, bizə lazımlı futbolçudu. Yaxşı da insandı, kluba uyğundu. Ancaq belə götürəndə, məşqçilər korpusuyla fikirləşdik ki, həmin mövqeyə yeni nəfəs lazımdı. Ola bilər ki, bu yerə gənclərdən kimisə hazırlayaq. Buna görə Ramosla bağlı belə plan cızaraq yeni müqavilə bağlamamaq qərarı verdik. Ramosun mövqeyinə ola bilər ki, legioner də götürək, yerli futbolçu da. Daha çox öz akademiyamızdan kimisə cəlb etməyi fikirləşirik".
Xatırladaq ki, daha öncə “Neftçi”də oynamış Erik həm Azərbaycan çempionu, həm də ölkə kubokunun qalibi olmuşdu.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi