Ölkə futbolu
“Keşlə”də argentinalı futbolçu – RƏSMİ
“Keşlə” növbəti transfer həyata keçirib.
…
“Keşlə” növbəti transfer həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu argentinalı futbolçu Franko Valentin Floresi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu gün klub rəhbərliyi ilə futbolçu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müdafiəçi mövqeyində çıxış edən və son iş yeri Kiprin "Alki Oroklini" klubu olan Floreslə imzalanmış müqavilənin müddəti 1 ili əhatə edir.
"Keşlə" nin bir neçə futbolçu ilə danışıq apardığını xəbər vermişdik. Onlardan biri ilə münasibətlər rəsmiləşdi, qalanları da yoldadı.