Dünya futbolu
Ramil Şeydayevli “Krılya Sovetov” üçün 3 rəqib
Rusiyanın “Krılya Sovetov” klubunun növbəti mö…
Rusiyanın “Krılya Sovetov” klubunun növbəti mövsümə hazırlıq planı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığma komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi bu komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedəcək.
İyunun 24-də bu ölkəyə yollanacaq Samara təmsilçisi 3 yoxalama oyunu keçirəcək. Bir həftəlik toplanışda komanda iyunun 29-da "Hayduk" (Xorvatiya), iyulun 6-da "Çelye" (Sloveniya), ertəsi gün isə "Krasnodar"la (Rusiya) üz-üzə gələcək.
Qeyd edək ki, "Krılya Sovetov"la müqavilə müddəti bu ayın sonunda bitəcək Şeydayevin komandada qalıb-qalmayacağı bəlli deyil.